Bu portal aktiv deyil!
Qeyd:
“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən
kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrası olaraq,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin
təhsil haqqı xərclərinin ödənilməsi barədə”
13 aprel 2020-ci il tarixli 138 №-li Qərarı icra edilmişdir. Belə ki, Qərarın 1-ci
hissəsində nəzərdə tutulan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin
2019/2020-ci ildəki
tədris ilinin yaz semestri
, eləcə də 2020/2021-ci tədris ilinin payız və yaz semestrləri üçün təhsil haqqı xərcləri dövlət
büdcəsinin vəsaiti hesabına ödənilmişdir.